• cümə, 26 Aprel, 15:30
  • Baku Bakı 23°C

Səfir: İslam dünyası Dağlıq Qarabağ münaqişəsində Azərbaycana dəstəyini göstərməkdə davam edəcək

27.11.17 13:15 904
Səfir: İslam dünyası Dağlıq Qarabağ münaqişəsində Azərbaycana dəstəyini göstərməkdə davam edəcək
İslam dünyası Dağlıq Qarabağ münaqişəsində Azərbaycana dəstəyini göstərməkdə davam edəcək.
Trend-in məlumatına görə, bunu Əfqanıstanın Azərbaycandakı səfiri Məhəmməd Tağı Xəlili deyib.
Diplomat deyib: "İslam dünyasının bütün ölkələri Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı dəstəkləyir və bu dəstəyi bundan sonra da davam etdirəcək. Bu faciənin ilk günündən Əfqanıstan Azərbaycanın yanında olub. Həmin dövrdən Əfqanıstan müxtəlif təşkilatlar çərçivəsində Azərbaycanla vahid mövqedən çıxış edib. Biz beynəlxalq terrorçuluğa qarşıyıq və terrorun istənilən növünü pisləyirik”.

banner

Oxşar Xəbərlər