• şənbə, 27 Aprel, 00:47
  • Baku Bakı 14°C

Səfir: "ÜAK-la bağlı məsələnin Rusiya-Azərbaycan münasibətlərinə heç bir təsiri olmayacaq"

14.07.17 11:03 1196
Səfir: "ÜAK-la bağlı məsələnin Rusiya-Azərbaycan münasibətlərinə heç bir təsiri olmayacaq"
Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) bağlanması ilə bağlı məsələyə münasibət bildirib.

APA-nın məlumatına görə, səfir Rusiya-Azərbaycan münasibətlərinin dəyərinin çox böyük olduğunu qeyd edib.

Səfir bildirib ki, bütün təşkilatlar fəaliyyət göstərdiyi ölkənin qanunlarına uyğun hərəkət etməlidir.

"Mən bu mövqeyi dəstəkləyirəm. Ümumrusiya Azərbaycan KonqresinəƏdliyyə Nazirliyitərəfindən məktub göndərilib, hamısı cavabsız qalıb. ÜAK-la bağlı məsələnin bizim münasibətlərinə heç bir təsiri olmayacaq. Azərbaycan-Rusiya münasibətlərini inkişaf etdirmək lazımdır", - deyə diplomat vurğulayıb.
banner

Oxşar Xəbərlər