• cümə, 26 Aprel, 11:21
  • Baku Bakı 12°C

Şəfiqə Axundova ilə vida mərasimi başlayıb

27.07.13 12:40 2902
Şəfiqə Axundova ilə vida mərasimi başlayıb
APA-nın verdiyi məlumata görə, Rəşid Behbudov adına Mahnı Teatrında keçirilən vida mərasiminə mədəniyyət nazirinin müavini Vaqif Əliyev, Azərbaycan Bəstəkarlar İttifaqının üzvləri, ombudsman Elmira Süleymanova, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, tanınmış sənət və mədəniyyət xadimləri, xalq artistləri və bəstəkarın yaxınları qatılıb.
Mərasim saat 13.00-da başlayıb. Xalq artisti Fəxri Xiyabanda dəfn olunacaq.
Qeyd edək ki, Şəfiqə Axundova 1924-cü ildə Şəki şəhərində anadan olub. 1943-1944-cü illərdə A. Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyarkən Üzeyir Hacıbəyovdan dərs alıb. 1998-ci ildə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülüb. 2004-cü ildə isə “Şöhrət” ordeni ilə təltif edilib. Mərhum bəstəkar ötən gün vəfat edib.
banner

Oxşar Xəbərlər