Səfər başa çatdı - Fotolar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasına rəsmi səfəri martın 5-də başa çatıb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Tehranın "Mehrabad” hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi İranın yüksək vəzifəli dövlət və hökumət rəsmiləri yola saldılar.