• şənbə, 27 Aprel, 08:54
  • Baku Bakı 12°C

«Samson və Delila» operası ekranda nümayiş olundu

28.11.18 21:33 645
«Samson və Delila» operası ekranda nümayiş olundu
Metropoliten Operanın xüsusi işi hesab edilən, Fransa bəstəkarı, Kamil Sen Sansin məşhur «Samson və Delila» operası Park Cinema Fleym Tauersdə (Alov Qülləri) a nümayiş olundu. Bu tamaşa MET-in (Metropolitan Operanın) 2018-2019-cu illər mövsümünün «HD ilə canlı» (Live in HD) proqramını açıq elan etdi. ABŞ-ın Azərbaycandakı Səfirliyinin mədəniyyət və təhsil məsələləri üzrə müşaviri Haydi Smit Metropoliten Operasının texnologiyalarının Azərbaycana gətirilməsini fərəhlə qeyd etdi: «Nyu-York Metropoliten Operası özünün son texnologiyaları ilə qürur duyur. Teatr hər il 200-dən çox tamaşa göstərir. Bu tamaşalarda 800 mindən çox insan iştirak edir. Nəhayət, bu möhtəşəm teatr yeni texnologiyaları ilə Azərbaycandadır».
Nyu-York şəhərindəki Metropolitan Opera tamaşalarının dünya üzrə kino ekranlarında nümayişi ənənəsai 2006-cı ildən başlayıb, layihədə 70 ölkə iştirak edib. Bu il 2200-dən sox teatr layihəyə qatılıb. MET-in peşəkar tamaşaları hər yerdə yeni tamaşaçılara təqdim olunur.
Məşhur opera ölkələr gəzir, MET-in təsiri «Samson və Delila» tamaşası dünyaca məşhur opera ulduzlarının iştirakı ilə qurulub: Elina Qarança – Delila Robero Alaniya-Samson və Azərbaycanlı Elçin Əzizov-Abimeleç rollarında çıxış edirlər. Tamaşaçılara Elçin Əzizovun opera haqqında, eləcə də MET-lə (Metropolitan Opera ilə) canlı HD proqramı haqda xüsusi video mesajı təqdim olundu. Nümayiş Park Cinema şəbəkəsi və Sıx əlaqələr Sənət Assosiasiyasının (Cool Connections Art Association) maliyyə dəstəyi ilə və Bakıdakı ABŞ səfirliyinin dəstəyi ilə təqdim olunur.
banner

Oxşar Xəbərlər