• cümə, 26 Aprel, 16:41
  • Baku Bakı 23°C

Şamil Əliyevin “Çölçü” filmi iki yeni beynəlxalq kino mükafatı qazanıb

14.07.18 15:26 1496
Şamil Əliyevin “Çölçü” filmi iki yeni beynəlxalq kino mükafatı qazanıb
Tanınmış kinorejissor, ssenarist Şamil Əliyevin quruluş verdiyi "Çölçü” bədii filmi 2 müxtəlif festivalda mükafatlara layiq görülüb. İndiyə qədər bir sıra nüfuzlu beynəlxalq kino mükafatları, ödülləri qazanan "Çölçü” bu dəfə 6-cı VIRGIN SPRİNG CINEFEST 2018-ci ilin fevral ayının (February Monthly) "Ən yaxşı bədii film” mükafatı ilə təltif edilib.
Buna görə film GOLDEN GALAXY AWARD mükafatının nominantı (Yaxşıların yaxşısı) statusunu qazanıb. Bu barədə "Bakı-Xəbər”ə filmin rejissoru Şamil Əliyev məlumat verib. Ş.Əliyevin sözlərinə görə, Avropa, Asiya və Amerikadan olan kino ekspertlərindən ibarət münsiflər heyətinin rəyi nəticəsində CULT CRITIC MOVIE AWARDS jurnalının 2018-ci il yanvar ayının "Ən yaxşı bədii film” mükafatına layiq görülüb. Bununla da "Çölçü” "Jan Lük Qodar” mükafatına nominant statusu qazanıb. Mükafatı təqdimetmə mərasimi 2018-ci ilin oktyabr ayında Hindistanın Kolkata şəhərindəki "Rotary Sadan” mərkəzumdə keçiriləcək.
Belə ki, "Antonioni”, "Tarkovski”, "Qodar”, "Berqman” kino mükafatlarının nominantı olan Şamil Əliyevin "Çölçü” filmi böyük uğura imza atıb.
Qeyd edək ki, film Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm” Kinostudiyasında 2012-ci ildə istehsal olunub. Şamil Əliyevin "Çölçü” bədii filmi 5 qitəni əhatə edərək 37 beynəlxalq kino festivalında iştirak edib, bir sıra mükafatlara layiq görülüb.
"Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur.
Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər.
"Çölçü” filminin süjeti belədir: Şəhər həyatından uzaqda, təbiətlə ünsiyyətdə gənc çölçü yaşayır. Atası Ulu ona çölçülük həyatının sirlərini öyrədir. Atası vəfat edəndən sonra o, qəsəbədən gəlmiş qızla tanış olur. Bu qızla tanışlıq onun həyatında yeni səhifə açır, böyük, onun tanımadığı dünyaya daxil olur...
3
banner

Oxşar Xəbərlər