AZE | RUS | ENG |

Şairə Nurəngiz Günün anadan olmasının 80 illiyi qeyd ediləcək

Şairə Nurəngiz Günün anadan olmasının 80 illiyi qeyd ediləcək
Dekabrın 19-da Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Musiqili Teatrda şairə Nurəngiz Günün anadan olmasının 80 illiyinə həsr olunmuş tədbir keçiriləcək.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tanınmış ədəbiyyat və incəsənət xadimlərinin qatılacağı tədbirdə Nurəngiz Günün həyat və yaradıcılığından, Azərbaycan ədəbiyyatına töhfələrindən danışılacaq. Həmçinin, sevilən müğənnilərin ifasında şairin sözlərinə bəstələnmiş mahnılar səsləndiriləcək.

Qeyd edək ki, ədəbiyyata "Tanrı” povesti ilə gələn Nurəngiz Günün şeirlərində qəm və kədər notları üstünlük təşkil edib. Şeirlərindəki həmin motivlər, təbii ki, xalqımızın başına gətirilən müsibətlərdən qaynaqlanırdı. 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Qarabağ dərdi şairin yaradıcılığında yeni bir səhifə açmışdı. Onun "Xocalı simfoniyası” bu mövzuda yazılmış ən təsirli əsərlərdən biridir.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9202
GEL 1 1 Gürcüstan larisi 0.6439
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1929
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1835
CHF 1 1 İsveçrə frankı 1.6908
KWD 1 1 Küveyt dinarı 5.5954
TRY 1 1 Türkiyə lirəsi 0.3202