• şənbə, 27 Aprel, 04:40
  • Baku Bakı 14°C

Sabahdan yağışlar kəsiləcək

28.02.14 11:02 1329
Sabahdan yağışlar kəsiləcək
Bakı və Abşeron yarımadasında martın 1-də hava şəraitinin buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Gündüz cənub küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 2-4, gündüz 6-9 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında martın 1-də hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Gündüz yağıntı tədricən kəsiləcək. Qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 2-6, yüksək dağlıq ərazilərdə 7-12 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər