• şənbə, 27 Aprel, 08:11
  • Baku Bakı 12°C

Sabaha yağıntılı hava gözlənilir

20.05.14 11:22 1064
Sabaha yağıntılı hava gözlənilir
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, güclü şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 14-18 dərəcə, gündüz 20-25 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında da bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun Aran rayonlarında gecə 13-18, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər