• cümə, 26 Aprel, 13:47
  • Baku Bakı 23°C

Sabah prezident İlham Əliyevin andiçmə mərasimi keçiriləcək

17.04.18 17:24 632
Sabah prezident İlham Əliyevin andiçmə mərasimi keçiriləcək
Bu gün Konstitusiya Məhkəməsi 11 aprel 2018-ci ildə keçirilmiş prezident seçkilərinin nəticələrini təsdiq edib.
APA-nın məlumatına görə,Konstitusiya Məhkəməsinin qərarı ilə MSK-nın yekun protokoluna əsasən,İlham Əliyev86,02 faiz səslə prezident seçkilərinin qalibi olub.

Azərbaycan Konstitusiyasının 103-cü maddəsinə uyğun olaraq, prezident seçilmiş şəxs prezident seçkilərinin yekunları haqqında məlumatın Konstitusiya Məhkəməsi tərəfindən rəsmi elan olunduğu gündən başlayaraq 3 gün ərzində and içir. Yeni Azərbaycan Partiyasının icra katibiƏli Əhmədovandiçmə mərasiminin sabah olacağını bildirib.

Fəaliyyətdə olan Azərbaycan Respublikasının prezidenti öz vəzifələrini yeni seçilmiş Azərbaycan Respublikası prezidentinin öz vəzifəsinə başlamasına kimi həyata keçirir.
banner

Oxşar Xəbərlər