• cümə axşamı, 02 may, 01:43
  • Baku Bakı 15°C

Röya: “Hamıdan səviyyəli özüməm“

13.11.14 16:45 1260
Röya: “Hamıdan səviyyəli özüməm“
Müğənni Röya Ayxan “İnstagram” səhifəsində ona yazanlara qəzəblənib. Lent.az-ın məlumatına görə, ifaçı fotosunu paylaşıb və şəkillərinə şərh yazanları qınayıb: “Bir sual verəcəm, amma inciməyin. Sizi evdə dinləyən yoxdur? Yoxsa ətrafınızda insan yoxdur? Şəkilimə gələn şərhlər, “Like”lərimdən çoxdur. Elə bil bütün problemlər bu səhifədə düzələcək. Ay mənim balalarım, hamıdan gözəl, hamıdan şirin, ağıllı, səviyyəli də özüməm. Kimə xoş deyil, “Do svidaniya”. Amma bilirəm ki, məndən ötrü ölürsünüz. Yazmasanız, onda gərək evinizin problemini görəsiniz. O da sizə sərf eləmir".
Röyanın konkret kimləri nəzərdə tutduğu bilinmir.
banner

Oxşar Xəbərlər