• şənbə, 11 May, 06:42
  • Baku Bakı 12°C

Röya Aygün Bəyləri məhkəməyə verdi

27.12.17 17:05 1067
Röya Aygün Bəyləri məhkəməyə verdi
Əməkdar artist Röya Ayxan həmkarı Aygün Bəyləri məhkəməyə verib.Lent.azxəbər verir ki, bu barədə sənətçinin vəkili Namiq Şükürov primetime.az saytına açıqlamasında bildirib: "Röya xanımın adından onun şərəf və ləyaqəti müdafiə olunması ilə əlaqədar olaraq məhkəməyə müraciət edilib”.
Qeyd edək ki, əməkdar artist Aygün Bəylər "Səhər-səhər” verilişində Röyanın sənətinin olmadığını bildirmişdi.

Aygün Bəylərin prodüseri Sultan Mustafayev məhkəmə xəbərinə münasibət bildirib. O, qafqazinfo-ya danışaraq Röyanın onları məhkəmə ilə hədələdiyini qeyd edib:
"Röya Ayxan yenə sənətdən kənar olduğunu sübut elədi. Röya mənə verdiyi sözə əməl etmədi. Canı sağ olsun. Ondan qorxan ona oxşasın. Əgər sən xanım-xatın biri idinsə, barışıq əli uzadardın. Deməli, sən həqiqətəndə sənətkar yox, sənətdən kənar insansan”.
banner

Oxşar Xəbərlər