• cümə, 26 Aprel, 12:15
  • Baku Bakı 23°C

Rüstəm İbrahimbəyov Azərbaycan xalqına qarşı nifrətini “Qafqaz üçlüyü” filmində açıq-aydın göstərir

27.05.18 09:15 834
Rüstəm İbrahimbəyov Azərbaycan xalqına qarşı nifrətini “Qafqaz üçlüyü” filmində açıq-aydın göstərir
Bu xəyanət əslində Rüstəm İbrahimbəyovdan gözlənilən idi. O, həmişə azərbaycanlılara yuxarıdan aşağı baxıb. Onun bütün yazılarında, filmlərində bunu görmək mümkündür.
Bu fikirləriAZƏRTAC-a açıqlamasında Azərbaycanın Xalq Artisti Nurəddin Mehdixanlı "Qafqaz üçlüyü” filminə münasibət bildirərkən deyib. Nurəddin Mehdixanlı qeyd edib ki, insan öz həyatını maddiyyata satanda bu cür hadisələr baş verir. Yəni, həmin insan "hər şey mənim olsun” prinsipi ilə yaşayır, istədiklərini əldə edə bilməyəndə isə intiqamını ətrafdakı insanlardan alır. R.İbrahimbəyov uğursuz siyasi fəaliyyətindən sonra Azərbaycan xalqına olan bütün hikkəsini bu bədnam filmlə ifadə edib. Hətta bu filmdən sonra onun azərbaycanlı olması belə insanda ciddi sübhə yaradır. Onun Azərbaycan xalqına olan böyük nifrəti "Qafqaz üçlüyü” filmində açıq-aydın görünür. R.İbrahimbəyovun xəyanətinin əsəri olan bu film tamaşaçıya tam yanlış məlumat çatdırır. Bu filmdə real azərbaycanlı yoxdur, burada R.İbrahimbəyovun xəstə təxəyyüllünün yaratdığı azərbaycanlı var. Xalqımız R.İbrahimbəyovun bu xəyanətini heç zaman bağışlamayacaq.
banner

Oxşar Xəbərlər