• cümə, 26 Aprel, 15:19
  • Baku Bakı 23°C

“Ruslan layiq olduğu qadını tapıb“ - Nigar İbrahimova

01.11.13 14:25 1670
“Ruslan layiq olduğu qadını tapıb“ - Nigar İbrahimova
Dünən ailə həyatı quran tanınmış vizajist Nigar İbrahimovanın həyat yoldaşı haqda mediada bəzi xəbərlər yayılıb.
Axşam.az xəbər verir ki, Ruslan adlı bəyin bundan öncə ailəli və iki uşaq sahibi olduğu bəlli olub.
Onun keçmiş həyat yoldaşı Samirə açıqlamasında ailəsini məhz Nigar İbrahimovanın dağıtdığını iddia edib. O deyib ki, vizajist hətta evli olduqları müddətdə belə Ruslanla görüşürmüş.
Məsələylə bağlı Nigar İbrahimova da öz mövqeyini bildirib. O, həyat yoldaşının keçmiş xanımını yalan danışmaqda ittiham edib. İradə İbrahimovanın mətbuat katibi Zəminə Rüstəmova vasitəsilə saytımızla əlaqə saxlayan Nigarın açıqlamasını olduğu kimi təqdim edirik:
"Ruslan o xanımla beş ildir ki, boşanıb. Mən Ruslanı il yarımdır tanıyıram. Evlilik təklifi alanda isə onun həyatını incələməyə, nikaha girəcəyim insanın kimliyini öyrənməyə çalışdım. Ailəsini, nəslini tanımağa səy göstərdim. Öyrəndim ki, həqiqətən də evli olub.
Ruslanın iki övladı var. Amma onlardan yalnız birinin üzünü görüb. İkinci övladı dünyaya gələndə onlar artıq birgə deyilmiş. Ayrılmağa səbəb isə Ruslanın keçmiş həyat yoldaşı olub. O, özü evi tərk edib. Hətta Ruslanın ailəsi də məsələyə qarışıb, qadını yola gətirməyə çalışıblar, amma onu fikrindən döndərə bilməyiblər.
Ayrılığa səbəb kiçik ailə münaqişəsi olub. Ruslanı ətraflı tanıdıqdan sonra inandım ki, o mənimlə pula, var-dövlətə görə ailə qurmur. Onun özünün hər şeyi var: evi, maşını, yaxşı işi. O, sadəcə yaxşı ailəyə sahib olmaq istəyirdi.
Həmin xanım ailə qədri bilən idisə, niyə beş il gözlədi? Niyə susdu? İndi niyə çıxıb danışır? Ruslanın qədrini onu itirəndən sonra bildi? Evində qız övladı böyüyür, heç kimin arxasınca bu cür böhtanlar danışmasın.
İtirdiyi bir şeylə bağlı xoş olmayan xəbərlər yaymaq onu narahat etmir? Ruslan boşanmış insandır, indi də layiq olduğu qadını tapıb. Boşanmış biri ilə ailə qurmaq cəmiyyətdə qəbul olunmuş haldır. Həmin xanıma da xoşbəxtlik arzulayıram. Hərənin özünə görə adı, imkanı var. Mən görüntü üçün ailə həyatı qurmamışam. Əgər evlənən idimsə, elə 20-25 yaşımda bunu edərdim. Biz ciddi bir ailə qurmuşuq və çox xoşbəxtik".
Nigar həmçinin toya qatılan bəzi şou-biznes nümayəndələrinin narazı qalmasına isə belə münasibət bildirib:
"Çox gözəl mərasim idi. 350 qonaq gəldi. Müğənnilər toya oxumaq üçün yox, yaxınlarım kimi qatıldılar. Hamısı gözəl iştirak etdi. Kimsə narazı gedibsə, bu, onların öz problemidir”.
banner

Oxşar Xəbərlər