• cümə, 26 Aprel, 10:44
  • Baku Bakı 12°C

Rusiyalı nazir Azərbaycanı Avrasiya İqtisadi Birliyi və Gömrük İttifaqına dəvət etdi

02.06.14 14:48 1124
Rusiyalı nazir Azərbaycanı Avrasiya İqtisadi Birliyi və Gömrük İttifaqına dəvət etdi
“İnteqrasiyanın bütün formaları müzakirə ediləndir və açıqdır. Azərbaycanın istər Avrasiya İqtisadi Birliyi, istər Gömrük İttifaqı, istərsə də inteqrasiyanın başqa formalarına iştirakı konkret müzakirələrin predmetidir. Burada heç bir qadağa mövcud deyil. Hesab edirəm ki, Azərbaycanın bu razılaşmalarda iştirakı məntiqli olardı”.
“APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev deyib.
A. Ulyukayev xatırladıb ki, Azərbaycan MDB-nin azad ticarət rejimindən faydalanır.
“Amma daha irəli getmək lazımdır. Avrasiya İqtisadi Birliyi təkcə malların azad ticarət bazarı deyil, həm də burada xidmətlər, sərmayə, işçi qüvvəsi də nəzərə alınır. Bu biznesin qorunması deməkdir”, - deyə nazir qeyd edib.
banner

Oxşar Xəbərlər