• cümə, 26 Aprel, 21:57
  • Baku Bakı 22°C

Rusiya XİN Dağlıq Qarabağa yeni status məsələsinə münasibət bildirib

27.10.16 17:11 799
Rusiya XİN Dağlıq Qarabağa yeni status məsələsinə münasibət bildirib
Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan prezidenti İlham Əliyevin Dağlıq Qarabağa Muxtar Respublika statusunun verilməsinin mümkünlüyü barədə bəyanatına münasibət bildirib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya XİN-in xüsusi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə prezident İlham Əliyevin Dağlıq Qarabağın statusu ilə bağlı məlum bəyanatının danışıqlar prosesinə təsiri ilə bağlı ona ünvanlanan suala belə cavab verib: "Həmin bəyanatda əsas açar kəlmə tərəflərin razılığa gəlməsidir. Ona görə də tərəflər razılığa gəlməlidir".
M.Zaxarova rəsmi Moskvanın aprel hadisələrindən keçən 6 ay müddətdə Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyəti və hərbi əməliyyatların bərpa olunması təhlükəsini necə qiymətləndirməsi ilə bağlı suala cavabında bildirib ki, heç bir silahlı fəaliyyət münaqişənin sülh yolu ilə nizamlanmasına yardımçı ola bilməz: "Bu, Dağlıq Qarabağ münaqişəsi ilə yanaşı, beynəlxalq münasibətlər və siyasi-diplomatik nizamlanma siyasətinin nəzəriyyə və praktikası prinsiplərinə də aiddir".
banner

Oxşar Xəbərlər