• şənbə, 27 Aprel, 03:50
  • Baku Bakı 14°C

Rusiya səfirliyi Gəncədə raket zərbəsi nəticəsində xəsarət alaraq xəstəxanada ölən yeniyetmə ilə bağlı məlumat yayıb

24.10.20 17:25 1023
Rusiya səfirliyi Gəncədə raket zərbəsi nəticəsində xəsarət alaraq xəstəxanada ölən yeniyetmə ilə bağlı məlumat yayıb

17 oktyabrda raket zərbəsi nəticəsində xəsarət almış Rusiya Federasiyasının vətəndaşı 2007-ci il təvəllüdlü Artur Mayakov bu gün Gəncə şəhərində yerləşən xəstəxanada vəfat edib.
APA-nın xəbərinə görə, bu barədə Rusiyanın Azərbaycandakı səfirliyinin "Twitter” hesabında bildirilib:
"Səfirlik mərhumun qohumları və yaxınları ilə təmasdadır və onlara dərin hüznlə başsağlığı veririk”, - deyə qeyd olunub.
banner

Oxşar Xəbərlər