AZE | RUS | ENG |

Rusiya səfiri: “Qəbələ Beynəlxalq Musiqi Festivalı möhtəşəmdir”

Rusiya səfiri: “Qəbələ Beynəlxalq Musiqi Festivalı möhtəşəmdir”
"Mən 8 ildir ki, Azərbaycanda Rusiyanı təmsil edirəm. Ötən illər ərzində 5 dəfə Qəbələ Beynəlxalq Musiqi Festivalına qatılmışam. İmkan daxilində belə bir möhtəşəm musiqi festivalını izləməyə çalışıram”.
 
APA-nın yerli bürosunun xəbərinə görə, bu sözləri Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin deyib. Diplomat festivalın çox yüksək səviyyədə təşkil edildiyini bildirib: "Hər il burada dünyanın tanınmış musiqiçilərinin ifasını canlı dinləmək imkanım olur. Konsertdə dünya şöhrətli musiqiçilərin ifasından zövq aldım. Qəbələ festivalının yüksək səviyyəli tədbir olduğunu bilirəm. Tədbirin təşkilatçılarına təşəkkür edirəm. Mən isti yay günlərində istirahət üçün Qəbələni seçdim. Ona görə ki, gözəl təbiəti, istirahət mərkəzləri, qonaqpərvər insanları olan Qəbələyə gəlməklə mən həm də beynəlxalq musiqi festivalında iştirak edirəm”.
 
Səfir Vladimir Doroxin Qəbələ festivalı çərçivəsində Rusiya ilə bağlı bir sıra irihəcmli tədbirlərin reallaşdığını söyləyib: "Musiqi sərhəd tanımadığı üçün Qəbələ festivallarında Rusiyanın tanınmış orkestrləri, solistləri, dirijorları çıxış edib. Həmçinin, ötən 9 ildə Qəbələdəki bütün musiqi festivallarında rusiyalı bəstəkarların əsərləri səsləndirilib. Bu da iki ölkə arasındakı mədəni və tarixi bağların dərinliyindən xəbər verir”.                    





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0039
GEL 1 Gürcü larisi 0.6935
GBP 1 İngilis funt sterlinqi 2.2148
TRY 1 Türk lirəsi 0.3529
KWD 1 Küveyt dinarı 5.6107
SEK 1 İsveç kronu 0.1910
EUR 1 Avro 1.9828
CHF 1 İsveçrə frankı 1.7026
USD 1 ABŞ dolları 1.7000