• cümə axşamı, 02 may, 02:12
  • Baku Bakı 15°C

Rusiya MSK-nın sədrindən Azərbaycandakı səsvermə prosesinə - Münasibət

09.10.13 10:45 1333
Rusiya MSK-nın sədrindən Azərbaycandakı səsvermə prosesinə - Münasibət
Trend-in məlumatına görə, bunu Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Vladimir Çurov çərşənbə günü MSK sədri Məzahir Pənahovla görüşdə bildirib.
V.Çurov qeyd edib ki, seçki prosesində heç bir qanun pozuntusunu müşahidə etməyiblər. Rusiya MSK-nın sədri qeyd edib ki, hazırda aktivlik yüksək səviyyədədir: "Ümid edirəm ki, bu seçici aktivliyi sonadək davam edəcək və seçkilər uğurla başa catacaq".
Görüşdə Məzahir Pənahov prezident seçkilərinin yüksək səviyyədə keçirilməsi üçün bütün zəruri tədbirlərin görüldüyünü deyib.
Həmçinin görüşdə iki dövlətin Mərkəzi Seçki komissiyaları arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.
banner

Oxşar Xəbərlər