• çərşənbə axşamı, 19 mart, 13:54
  • Baku Bakı 8°C

Rusiya Ermənistana güzəştə gedəcək?

03.04.20 18:04 1130
Rusiya Ermənistana güzəştə gedəcək?
Qazın qiyməti iki ölkə arasında əbədi problemə çevrilir

Ermənistan dünya bazarında qazın qiymətinin aşağı düşməsi fonunda Rusiya ilə yeni danışıqlara başlamaq niyyətində olduğunu bildirib. Erməni mediası xəbər verir ki, baş nazirinin müavini Mger Qriqoryan Rusiya ilə bu məsələnin müzakirəsini istisna etməyib. M.Qriqoryan "Qazprom” şirkətinin rəhbəri Aleksey Millerə müvafiq məktub göndərib və koronavirusun ölkələrin sosial-iqtisadi vəziyyətinə mənfi təsir göstərdiyini, bunun enerji resurslarının tələbat həcminin azaldılmasına gətirib çıxaracağını bildirib. Qriqoryan Yerevanın, təkcə qiymətlərin endirilməsini yox, həm də qaz üçün ödənişin milli valyutada gerçəkləşdirilməsini istədiyini bildirib. "Əlbəttə, qazın qiymətinin dünya boyu aşağı düşməsi baş verəcək. Enerji resurslarının qiymətində dəyişiklik baş verir və bu da enerji daşıyıcılarının qiymətinin dəyişməsinə gətirib çıxaracaq. Biz qiymət məsələsində yenidən mövqeyimizi ortaya qoymalıyıq”, -deyə baş nazirin müavini bəyan edib. Lakin məsələ ondadır ki, əgər Rusiya tərəfi buna rədd cavabı verərsə, ermənilərin bununla razılaşmaqdan başqa yolu qalmayacaq. Məsələ ondadır ki, bu il yanvarın 1-dən Ermənistan üçün qazın min kum betri 165 dollar təşkil edib. 2018-ci il üçün isə bu rəqəm 150 dollar idi. Ölkə daxilində istehlakçılar üçün tariflər isə iki ildir ki, dəyişmir. Ev təsərrüfatları üçün qiymət hər min kub metr üçün 139 000 dram (255 dollar) təşkil edir. "Exo Kafkaza” yazır ki, Ermənistan dünyada karbohidrogen bazarının çökməsi səbəbindən "Qazprom”la yeni danışıqlar tələb etməklə özünü risk altına qoyur. Belə ki, Rusiya gələcəkdə qiymət sxemini təqdim edə bilər. Rusiya nəşri yazır ki, Yerevanın başqa yolu yoxdur və qiymət güzəştini tələb etməsi alınmayacaq. Ümidi isə Rusiyanın səxavətinədir. Belə səxavəti isə güman ki, Kreml təqdim edəcək. Forpostunu heç zaman yalqız buraxmayan, ondan incik olsa da, böyük ehtimalla, xirstian təəssübkeşliyi göstərərək qiyməti aşağı sala bilər. Məsələ ondadır ki, Kreml bundan əvvəl belə bir addımı atıb. Söhbət 2016-cı il Aprel zəfərindən sonra Rusiyanın Ermənistna güzəştl silah verməsindən gedir.
"Vestnik Kafkaza”a müsahibəsində Milli Energetika Fondunun aparıcı analitiki, Rusiya hökuməti yanında Maliyyə Universitetinin müəllimi İqor Yuşkov bildirib ki, Ermənistan üçün dünyada qazın qiymətinin aşağı düşməsi fonunda güzəşt istəməsi üçün ideal vəziyyət yaranıb. Lakin onun qənətincə, "Qazprom” Yerevana qiyməti aşağı salmaq əvəzinə yeni qiymət sxemi təqdim edəcək. "Vəziyyət ona görə idealdır ki, dünya bazarında hər min kub metrə görə qiymət aşağıdır. Bu səbəbdən də Ermənistanın bu məsələni ortaya atacağı gözləniləndir”, - deyə o bildirib. Ermənistanda isə ekspertlər Rusiyanın qazın qiymətinə yenidən baxacağına şübhə ilə yanaşırlar. Enerji təhlükəsizliyi üzrə ekspert Vaqe Davtyan da bu qənaətdədir. Ekspert daha bir məsələyə toxunub. O bildirib ki, bu günlərdə baş nazir Nikol Paşinyan Belarus prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığı aparıb. Danışıqlar baş nazirin təşəbbüsü ilə baş tutub. Əsas müzakirə mövzusu da hər iki ölkənin Rusiyadan aldığı qaz olub. Tərəflər satılan qazın qiymətinin yüksək olduğunu bildiriblər. Erməni ekspert Paşinyanın bu təşəbbüsünün ağılsız olduğunu bildirib. Onun qənaətincə, Minsk və Yerevan arasında qaz məsələsi o zaman məntiqi və qanunauyğun olardı ki, bu məsələ Avrasiya İqtisadi İttifaqı konkeksində aparılardı: "Rusiya qazının qiymətindən narazılığı səhv və ciddi problem adlandırardım”.
Yeri gəlmişkən, "Qazprom-Ermənistan” Ermənistan ictimai xidmətlər üzrə Komissiyasına (tarif şurası) əhaliyə istehlak üçün satılan hər min kubmetr üçün qiyməti 283 dollara qaldırmasını təklif edib. Hazırda bu rəqəm 255 dollardır. Təklif olunan tarif isə 35 faiz artım deməkdir. Bu da əhalinin sosial cəhətdən təmin olunmayan hissəsi üçün ciddi problemlərə yol açacaq. Parlamentin müxalif "Maarifçi Ermənistan” fraksiyasının rəhbəri Edmon Marukyan bildirib ki, əgər təklif keçərsə, bu, Ermənistan iqtisadiyyatı üçüb fəlakətli nəticələrə gətirib çıxaracaq: "İstehlakçılar üçün evlərində qiymət artmamalıdır, əksinə, azaldılmalıdır. Çünki bütün dünyada qiymətlər aşağı düşür. Lakin bizdə bunun əksini müşahidə edirik”. "Çiçəklənən Ermənistan” fraksiyasının üzvü Mikael Melkumyan da hesab edir ki, qiymət artımı yersizdir və anaşılan deyil. Bu səbəbdən də, komissiya onu rədd etməlidir. Mənim üçün anlaşılan deyil ki, nədən belə yanaşma var? Axı əhalinin sosial cəhətdən aşağı təbəqəsi üçün bu qiymətlər əlçatmaz olacaq”.
Azər
banner

Oxşar Xəbərlər