Rus mədəniyyəti mərkəzində kompüter sinfi açılıb
Bank VTB (Azərbaycan) təhsil, mədəniyyət, idman və səhiyyə sahəsində
olan layihələrə dəstək çərçivəsində Rus icması yanında Rus mədəniyyət
mərkəzində kompüter sinfi açıb.
Bankdan Kaspi.az-a verilən məlumatda bildirilir ki, yeni sinfin
hesabına Rus mədəniyyət mərkəzində indi informasiya texnologiyalarının tədrisi
üçün kurslar mövcuddur ki, bu da uşaqlara kompüter biliklərini artırmağa imkan
verəcək.
Kompüterlər həmçinin metodik vəsait kimi, rus dili və ədəbiyyatı
kurslarında da istifadə olunur. Bundan başqa, uşaqlar internet şəbəkəsi
vasitəsi ilə geniş məlumat bazasına da çıxış əldə ediblər.
Bank daima sosial-korporativ siyasəti çərçivəsində layihələr
reallaşdırır, müxtəlif mədəniyyət və idman tədbirlərinə sponsor dəstəyi
göstərir.