Rufiz Qonaqov: “2016-cı ildəki uğurlarımız cənab Prezident İlham Əliyevin müstəqil və uzaqgörən siyasətinin nəticəsidir”
Başa
vurmaqda olduğumuz 2016-cı il bir sıra müsbət və mənfi məqamları ilə yadda
qaldı. Dünyada, xüsusilə də, Yaxın Şərqdə geniş vüsət alan dini radikalizm,
terror hadisələri, siyasi təlatümlər, yüz minlərlə insanın həlak olması,
milyonlarla insanın qaçqın və köçkün vəziyyətinə düşməsi tarixə həkk olundu. Eləcə
də, neftin qiymətində müşahidə olunan qalxıb-enmələr, ayrı-ayrı ölkələrin
valyutalarının dəyərdən düşməsi dünya iqtisadiyyatına ciddi təsir göstərdi.Ötən
ilin yekunları və 2017-ci ildən gözləntilərlə bağlı Prezident Yanında QHT-lərə
Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin
rəhbəri Rufiz Qonaqov suallarımızı cavablandırıb.
-Rufiz müəllim, 2016-cı ilə ötəri nəzər
saldıqda daha çox hansı siyasi prosesləri, hadisələri xüsusi qabartmaq olar? Və
bu hadisələr başa vurmaqda olduğumuz ilin siyasi mənzərəsinə hansı çalarlar
qatdı?
-Hələ
2015-ci ilin yekunları ilə bağlı dəyərləndirmə apararkən qarşıdan gələn ilin gərgin
keçəcəyi proqnozlaşdırılırdı. Aparılan təhlillər
əsasında yaranan gözləntilər 2016-cı ildə sülh və əmin-amanlığın təmin edilməsində
ciddi problemlərin yaşanılacağından xəbər verirdi. Başa vurmaqda olduğumuz bu
ildə dünyada və regionda siyasi-iqtisadi
və hərbi böhranın daha da dərinləşdi, qanlı toqquşmalar artan xətt üzrə davam
etdi. Yaxın Şərqdə - Suriya, İraq, Yəmən və digər qonşu ölkələrdə baş verən hərbi
qarşıdurmalar və bunun nəticəsi olaraq meydana çıxan hümanitar böhran, qaçqın
problemi qlobal xarakter aldı.Qaçqınların üz tutduğu Avropada irqçilik, İslamofobiya
meyilləri gücləndi, sivilizasiyalararası gərginlik artdı.Türkiyə-Rusiya münasibətlərində
yaşanan gərginlik nisbətən aradan qalxsa da, dekabrın 19-da Ankarada səfir
Andrey Karlovun qətlə yetirilməsi hər iki ölkə üçün arzuolunmaz bir hadisə
oldu.Bu hadisə növbəti dəfə Türkiyə-Rusiya
münasibətlərinə xələl gətirmək məqsədi daşıyırdı.Türkiyəni təkləmək, ölkədəki vəziyyəti
gərginləşdirmək, diplomatlar arasında vahimə yaratmaq, dövlətin imicinə zərbə
vurmaq terrorçuların əsas məqsədi olub.Amma iki ölkənin bu hadisəni birmənalı şəkildə
pisləməsi, birgə təhqiqatın aparılması münasibətləri korlamaq istəyən qüvvələrin
arzularını gözlərində qoydu.Təəssüf ki, 2016-cı il bizə qardaş ölkə
olan Türkiyə üçün xoşagəlməz hadisələrlə
dolu oldu. 15 iyulda terrorçu Fətullah Gülən şəbəkəsinin hərbi çevriliş cəhdi, PKK-nın fəallaşması,
Türkiyənin bir neçə şəhərində terror hadisələrinin törədilməsi və yüzlərlə
günahsız insanın öldürülməsini təəssüf hissilə qeyd etməliyəm.2016-cı
ildəki siyasi proseslərə nəzər saldıqda ABŞ-Rusiya, Avropa-Rusiya münasibətlərində
soyuqluğun daha da artdığını, Rusiyaya qarşı sanksiyaların daha da genişləndirildiyini
və nəticədə sonuncu ölkədə ciddi iqtisadi geriləmənin, maliyyə problemlərinin
yaşandığını görmək mümkündür. ABŞ-da
keçirilən prezident seçkiləri, Respublikaçılar Partiyasının namizədi, iş adamı
kimi məşhur olan, qeyri-adi vədlərilə gündəm yaradan Donald Trampın prezident
seçilməsini də mühüm siyasi hadisə kimi qeyd etmək olar. Siyasi çaxnaşmaların,
oyunların nəticəsi olaraq dünya bazarında neftin qiymətinin düşməsi əsas gəliri
"qara qızıl”dan olan ölkələrin iqtisadiyyatına ciddi mənfi təsir göstərdi.Azərbaycan
da neftin qiymətinin süni qaydada aşağı salınmasından müəyyən qədər zərər çəkən
ölkələrdəndir.Buna baxmayaraq, ölkə rəhbərliyinin çevik siyasəti, iqtisadi
islahatları nəticəsində biz bu böhrandan çıxa bildik və iqtisadi-inkişaf
tempini qoruduq.
- 2016-cı ili Azərbaycanın siyasi və
iqtisadi həyatı üçün necə dəyərləndirərdiniz?
-
Bu müddət ərzində Azərbaycanda siyasi sabitlik, sağlam iqtisadi mühüt qorunub
saxlanıldı, dövlət idarəçiliyində islahatlar aparıldı. Dünyada cərəyan edən ictimai-siyasi
gərginlik, iqtisadi böhran, hümanitar fəlakət fonunda Azərbaycandakı sabitlik,
inkişaf, tolerantlıq bizə deməyə imkan verir ki, 2016-cı il ölkəmiz üçün düşərli
olub. İl ərzində ölkəmizin beynəlxalq arenada dostlarının sayı artdı, mövqelərimiz
daha da möhkəmləndi. Beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahiblik edən ölkəmiz
bu sahədə xüsusi təcrübə əldə edib. İl ərzində Bakıda BMT -nin
Sivilizasiyalararası Dialoq Forumu , 5-ci Bakı Humanitar Forumu və s. dünya əhəmiyyətli
tədbirlər keçirildi. Qonaqlar ölkəmizdə tolerant və multikultural mühütün əyani şahidi oldular. Sentyabrda Azərbaycanın
Konstitusiyasına edilən dəyişiklikləri də uğurlu hadisə adlandırmaq olar.
Referendumda Azərbaycan vətəndaşları yüksək aktivlik göstərərək cənab Prezdentin
təqdim etdiyi təkliflərə "hə" dedi. Referendum Azərbaycanın gələcək
inkişafı üçün əhəmiyyətli hadisə oldu.2016-cı
ildə Azərbaycan regionda sabitləşdirici rol oynayan, risklərin azaldılması üçün
çalışan ölkə olduğunu bir daha sübut etdi.İqtisadi
məsələlərə gəldikdə isə yuxarıda qeyd etdiyim kimi, neftin qiymətinin düşməsinin
və manatın devalvasiyaya uğramasının Azərbaycanda iqtisadi proseslərə təsirsiz ötüşmədi. Düşünürəm ki, neftin qiymətinin
azalması iqtisadi yox, siyasi amillərlə bağlıdır.2016-cı ildə qeyri-neft
sektorunun inkişafı prioritet oldu.Neftdən asılılığın minimuma endirilməsi ilə
bağlı tədbirlər görüldü.İnformasiya-kommunikasiya texnologiyaları, turizm və nəqliyyat
sektorunun inkişafı diqqət mərkəzində saxlanıldı.Bank sektorunda, milli təhlükəsizlik
sistemində köklü islahatlar aparıldı.
-2016-cı il Dağlıq Qarabağ münaqişəsinin həlli
baxımından hansı hadisələrlə yadda qaldı?
-Dağlıq
Qarabağ münaqişəsinin həlli istiqamərində görülən işlərdən danışarkən bu ilin
aprel ayında cəbhə bölgəsində 4 günlük hərbi əməliyyatlar zamanı əldə etdiyimiz
uğurlar xüsusi vurğulanmalıdır.Həmin döyüşlər Azərbaycanda hərbi-vətənəpərvərlik
ruhunu yüksəltdi.Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı rəsmi Bakının
prinsipial mövqeyi bu ildə qəti şəkildə ortaya qoydu.Artıq beynəlxalq güclər
münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll ediləcəyini etiraf
etmək məcburiyyətində qalıblar.Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı aparılan danışıqlarda ciddi
irəliləyiş əldə olunmasa da, Ermənistanın işğalçı, sülh istəməyən ölkə olduğu
bir daha dünyaya çatdırıldı.Ermənistan
status-kvonu mümkün olduğu qədər uzatmağa çalışır, işğal olunmuş torpaqlardan çəkilmək
niyyətində deyil.Ermənistan hesab edir ki, danışıqları istədiyi vaxta qədər
uzada bilər.Azərbaycan isə münaqişənin qısa müddətdə həllini istəyir.ATƏT-in
Minsk Qrupunun həmsədrləri bu istiqamətdə işğalçıya heç bir ciddi təzyiq göstərilmirlər.Azərbaycanın
mövqeyinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanır.
-Necə düşünürsünüz, dünyada iqtisadi,
hümanitar böhran, siyasi çalxalanmalar, hərbi qarşıdurmalar getdiyi bir vaxtda
Azərbaycanın bu proseslərdən az zərərlə çıxmasının əsas səbəbləri nə ilə
bağlıdır?
-
Əsası ümummilli lideri Heydər Əliyev tərəfindən
qoyulan siyasi kurs bu gün cənab prezident İlham Əliyev tərəfindən uğurla həyata
keçirilir. Yuxarıda sadaladığım uğurlar birbaşa cənab Prezidentin yürütdüyü
rasional siyasətin nəticəsidir. Həm siyasi, iqtisadi, sosial, həm də hərbi
uğurlarımızın arxasında düşünülmüş dövlət strategiyası, proqramlar durur.
Hazırda Azərbaycanda yeni islahatlar dalğası başlayıb. Prezident İlham Əliyevin təşəbbüsü və
bilavasitə rəhbərliyi altında güclü islahatlar konsepsiyası hazırlanıb. Bu
islahatlar Azərbaycanın dayanıqlı inkişafının məntiqi davamıdır. Prezident
İlham Əliyevin "Azərbaycan xalqı daha yaxşı yaşamağa layiqdir” tezisi özündə
çox böyük konsepsiyanı ehtiva edir. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi
ki, Azərbaycan heç bir ölkədən yardım istəmir: "Biz borc alan ölkədən borc
verən ölkəyə çevrilmişik. Bizim maliyyə
vəziyyətimiz kifayət qədər möhkəmdir.Ölkəmizdə heç bir çətin vəziyyət
yoxdur.Bizim maliyyə göstəricilərimiz dünya miqyasında ən yüksək səviyyədədir –
istər xarici borc olsun, istər valyuta ehtiyatları, istərsə də iqtisadi inkişaf
olsun.Azərbaycan inamla inkişaf edir.Bizim iqtisadi inkişafımız son illər ərzində
dünya miqyasında ən sürətli idi.Görüləcək işlər və aparılacaq dərin islahatlar
nəticəsində biz tamamilə neft amilindən asılılığı kənara qoyacağıq".Əvvəlki mərhələdə
başlıca resurs kimi neft strategiyası götürülürdüsə bu gün iqtisadi
vektorlar fərqli amillərə yönəldilir.
İqtisadiyyatın şaxələndirilməsi prioritet vəzifə kimi qarşıya qoyulub. Hesab
edirəm ki, əvvəlki illərdə olduğu kimi,
qarşıdakı mərhələdə də Azərbaycan
Prezident İlham Əliyevin qüdrətli liderlik keyfiyyətindən irəli gələrək
dinamik inkişaf tempini saxlayacaqdır
- 2017-ci illə bağlı gözləntiləriniz nədən
ibarətdir?
-Hesab
edirəm ki, cənab Prezidentin müəyyən etdiyi siyasi-iqtisadi kurs gələ il də uğurla davam etdiriləcək. Azərbaycan
hərbi imkanlarını arıtırır.Orduda islahatlar aparılır, müasir silah-sursatlar
alınır.Özümüz də yüksək standartlara cavab verən silahlar istehsal edirik.Bütün
bunlar Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə yönəlib.Qanunvericilikdə həyata
keçirilmiş dəyişikliklər, Cənab prezidentin təsdiq etdiyi Strateji İqtisadi Yol
Xəritələrinin həyata keçirilməyə başlanması ölkədə biznes mühitinin yaxşılaşmasına
və özəl sektorun inkişafına səbəb olacaq. Bir çox iqtisadçı ekspertlər hesab
edirlər ki, 2017-ci il ölkə iqtisadiyyatında dönüş ili olacaq və gələcək
inkişafımızın yeni əsasları formalaşacaqdır. Hesab edirəm ki, siyasi islahatlar
da gələn il uğurla davam etdiriləcək. Dünyada sülh və əmin-amanlığın təmin
olunmasına çalışan Azərbaycan bu istiqamətdə səylərini davam etdirəcək. Düşünürəm
ki, gələn il ölkəmizdə siyasi sabitlik, iqtisadi inkişaf tempi qorunub
saxlanacaq.