AZE | RUS | ENG |


“Retro Bakı” layihəyəsi davam edir - Fotolar

“Retro Bakı”  layihəyəsi davam edir - Fotolar
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin layihəsi əsasında Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə Mərkəzin təşkilatçılığı ilə keçirilən "Retro Bakı” konsertləri ötən həftə sonu  paytaxt sakinləri və şəhərimizin qonaqlarına maraqlı anlar yaşadıb.
 
Tanınmış estrada mügənniləri Aydınçik, İlahə İbadova, Leyla Ramazanlı, Lətafət Məhərrəmli, Mircabbar Mirbabayev,  Aynur Əliyeva, Kubra Hüseynova,  Rasim Mustafazadə, Mirfərhad Həbibi, Nizami Nikbin, Orxan Hüseynov, Nihat Quluzadə, Səkinə Əhmədzadə, Limberq adına "İqray qarmon” ("Играй гармонь») ansablı, "Nuray” şou qrupu öz çıxışları ilə tamaşaçıların könüllərini oxşayıblar. Həmçinin, konsertdə "Cəngi” estrada-folklor ansablının ifasında milli və dünya xalqlarının rəqsləri təqdim olunub.
 
Qeyd edək ki, layihə əhalinin və turistlərin asudə vaxtının xoş keçməsi, Azərbaycan musiqi incilərinin, korifey bəstəkarların əsərlərinin səsləndirilməsi məqsədini daşıyır. "Retro Bakı” sentyabırın 15-dək hər həftə sonu axsham saatlarında  Fəvvarələr Meydanında  zəngin konsert proqramı və tanınmış müğənnilər ilə sizlərin görüşünə gələcəkdir.

 
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.7079
GBP 1 İngilis funt sterlinqi 2.1926
TRY 1 Türk lirəsi 0.4822
KWD 1 Küveyt dinarı 5.6337
SEK 1 İsveç kronu 0.2093
EUR 1 Avro 1.9963
CHF 1 İsveçrə frankı 1.7687
USD 1 ABŞ dolları 1.7008