• şənbə, 27 Aprel, 02:05
  • Baku Bakı 14°C

Rəssam Vinsent van Qoquna aid əşyalar tapılıb

21.03.19 13:30 668
Rəssam Vinsent van Qoquna aid əşyalar tapılıb
Hollandiyalı rəssam Vinsent van Qoqun İngiltərədə fəaliyyət göstərdiyi illərə aid əşyalar tapılıb.
AZƏRTACxəbər verir ki, təmir işləri aparılarkən çardaqdan tapılan sığorta sənədləri, dua kitabçası və sulu boya ilə rənglənmiş bir neçə çiçək rəsminin 1873-1874-cü illərdə burada yaşayan Van Qoqa adi olduğu öyrənilib.
Van Qoq sənətinin tədqiqatçısı Martin Beili o illərdə rəssamın Londondakı sənət qalereyalarından birində köməkçi vəzifəsində çalışdığını və bu dövrün ona dərindən təsir etdiyini bildirib. Tapılan rəsm əsərləri isə rəssamın yaradıcılığının ilk dövrünə təsadüf edir.
banner

Oxşar Xəbərlər