• şənbə, 27 Aprel, 06:05
  • Baku Bakı 12°C

Reks Tilllerson Kolumbiyaya səfər edib

07.02.18 09:10 582
Reks Tilllerson Kolumbiyaya səfər edib
ABŞ dövlət katibi Reks Tillerson narkotik vasitə olan kokainin istehsalını müzakirə etmək üçün Kolumbiyaya səfər edib. APA-nın "Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin saytında dərc olunmuş məlumatda bildirilir.
"Dövlət katibi Tillerson Boqotada səfərdədir. Məqsəd kokain istehsalı ilə Kolumbiyanın apardığı mübarizəyə ABŞ-ın qoşulmasını müzakirə etməkdir”, - deyə Dövlət Departamentinin nümayəndəsi Xizer Noyert bildirib.
Tillerson həmçinin Venesueladan ABŞ-a miqrant axınının artdığını da müzakirə edib.
Qeyd edək ki, Kolumbiyada noyabrda ölkə tarixində ən iri kokain partiyası müsadirə edilib.
banner

Oxşar Xəbərlər