AZE | RUS | ENG |

Rejissor Rinqo Lem vəfat edib

Rejissor Rinqo Lem vəfat edib
Honkonq rejissoru, ssenariçisi, prodüseri və aktyoru Rinqo Lem 63 yaşında vəfat edib.

"Report” xəbər verir ki, bu barədə "South China Morning Post" nəşri yazıb.

Bildirilir ki, o, son günlər qripə yoluxub və həkim məsləhəti olmadan dərman qəbul edib.

Rinqo Lem Honkonq kinematoqrafiyasının "qızıl əsri"nin (1980-ci illər - 1990-cı illərin əvvəli) ən yaxşı kriminal film rejissorlarından biri hesab olunur. Onun ən məşhur işi 1983-cü ildə ekranlaşdırılmış və Çin aktyoru Çou Yu-Fatın oynadığı "Alov içində şəhər" kriminal trilleridir. Lemin "Maksimal risk" (1996), "Replikant" (2001), "Cəhənnəmdə" (2003) filmlərində isə Jan-Klod Van Damm çəkilib. Rejissor həmçinin 1992-ci ildə çəkilən "Əkiz əjdəhalar" komediyasının həmmüəllifidir. Burada baş rolu Ceki Çan oynayır.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9369
GEL 1 1 Gürcüstan larisi 0.6383
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2074
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1886
CHF 1 1 İsveçrə frankı 1.7107
KWD 1 1 Küveyt dinarı 5.6057
TRY 1 1 Türkiyə lirəsi 0.3176