• şənbə, 27 Aprel, 03:43
  • Baku Bakı 14°C

Regionlarda ünvanlı sosial yardım verilməyəcək

24.07.14 11:48 1152
Regionlarda ünvanlı sosial yardım verilməyəcək
“APA-Economics”in xəbərinə görə, bu barədə Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov məlumat verib.
Onun sözlərinə görə, ünvanlı sosial yardımların təyinatı və maliyyələşdirilməsi üçün respublika mərkəzinin yaradılması planlaşdırılır.
İ.Rəhimov bildirib ki, vətəndaşlar respublika mərkəzinə ya internet vasitəsi ilə elektron qaydada, ya da ki, hər bir rayonda quraşdırılacaq xüsusi köşklər vasitəsi ilə yalnız ərizə ilə müraciət edə biləcək: “Vətəndaş heç bir orqana gəlmir, heç bir sənəd gətirmir. Yeganə tələb odur ki, vətəndaş adi ərizə ilə müraciət etməlidir.”
Nazir müavini əlavə edib ki, Respublika Mərkəzinə daxil olan müraciətlər barədə vətəndaşlar dərhal sms vasitəsilə məlumatlandırılacaq. Bundan sonra, mövcud informasiya bazaları əsasında bu müraciətlər araşdırılacaq.
“Araşdırmadan sonra mexanizmin 2-ci hissəsi işə düşəcək və müraciət edən vətəndaşların təsərrüfatı, gəlirləri və xərcləri bal sistemi ilə qiymətləndiriləcək. Ünvanlı sosial yardımın verilməsi ilə bağlı qərar barədə vətəndaşa sms-lə məlumat veriləcək”-deyə İ.Rəhimov vurğulayıb.
Qeyd edək ki, ilkin olaraq bu layihənin pilot olaraq Azərbaycanın 5 rayonunda tətbiqi nəzərdə tutulub. Artıq bununla bağlı layihə Nazirlər Kabinetinə göndərilib. Hökümət razılıq versə, gələn ildən bu layihənin tətbiqinə başlanacaq.
banner

Oxşar Xəbərlər