• cümə, 26 Aprel, 17:24
  • Baku Bakı 23°C

Regional incəsənət müsabiqəsi keçiriləcək

26.10.18 09:45 645
Regional incəsənət müsabiqəsi keçiriləcək
Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə 4 Noyabr Ağcabədi şəhərində "Beynəlxalq Qarabağ Kuboku" adlı regional incəsənət müsabiqəsi keçiriləcək.
Təşkilatı dəstək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Jam Group.Yarışma yaş kateqoriyasına görə keçirilir: beybi (6 yaşa kimi), uşaq (10 yaşa kimi), yuniorlar (16 yaşa kimi), ergin (16 yaş və yuxarı).
Azərbaycan Gənclər İttifaqının sədr müavini və Azərbaycan Rəqs Assosiasiyasının Prezidenti Əziz Əzizov:"İncəsənətimizi bölgələrdə inkişaf etdirib, istedadı olan hər bir gəncimizi irəli çəkib, öz arzularını reallaşdırmaqlarına kömək etmək, inkişafına təkan vermək lazımdır. Gənclər bizim gələcəyimiz və davamçılarımızdır. AGİ və ARA olaraq məqsədimiz bu imkanlardan istifadə edərək ölkəmizin şəhər və rayonlarında istedadlı gənclərimizdən ibarət keçiriləcək festival və müsabiqədə onlar arasında bir-birlərinə qarşı rəqabət apararaq, öz məharətlərini göstərməklərinə imkan yaratmaqdı".
banner

Oxşar Xəbərlər