• cümə, 26 Aprel, 19:10
  • Baku Bakı 22°C

Rəcəb Tayyib Ərdoğan: "Millət edam hökmünün bərpasını tələb edir"

13.09.16 18:05 819
Rəcəb Tayyib Ərdoğan: "Millət edam hökmünün bərpasını tələb edir"
"Millət edam hökmünün yenidən tətbiq olunmasınıtələb edir"."Report" "Haber7"yə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib ƏrdoğanQurban bayramı münasibətilə"79 milyon bir bayraq altında" adlı tədbirdəbildirib.
O qeyd edib ki, əgər Türkiyə Böyük Millət Məclisi bununla bağlıqərar qəbul edərsə, kimsənin ona qarşı çıxmaq səlahiyyəti yoxdur: "Avropalı bəzi liderlər deyirlər ki, siz edamı müdafiə edirsiniz. Mən də onlara cavab verdim ki, bunu millət istəyir. Parlament qərar çıxarsa, siz buna qarışa bilməzsiniz".
Fətullahçı Terror Təşkilatının (FETÖ) bu il iyulun 15-də dövlət çevirilişinə cəhddən danışan R.T.Ərdoğandeyib ki, bu çox böyük oyundur: "İyulun 15-də baş verənlər bu oyunun sonu deyil, bir mərhələsidir. İraqı, Əfqanıstanı, Liviyanı, Misiri qarışdırdılar. Millətimiz bizdən bu oyunu kökündən pozmağımızı istəyir".
banner

Oxşar Xəbərlər