• cümə, 26 Aprel, 15:23
  • Baku Bakı 23°C

Rafet el Romanın Bakı konserti alınmadı

06.06.14 17:04 1236
Rafet el Romanın Bakı konserti alınmadı
Tanınmış türkiyəli müğənni Rafet El Romanın sabah Azərbaycanda verəcəyi konsert təxirə düşüb. Bu barədə Lent.az-a konsertin təşkilatçısı Nahid Emiloğlu məlumat verib. O, bildirib ki, müğənnin vizasında problem olduğuna görə, o Bakıya gələ bilməyib: “Bildiyiniz kimi, Rafet El Roman Almaniya vətəndaşıdır. Bakıya oğlu ilə gəlməyi planlaşdırırdı. Viza məsələsində problem yaranıb. Buna görə də bu gün Azərbaycana gələ bilməyəcək. Konserti iyunun 28-nə saat 21:00-a qədər təxirə saldıq. İstəyirik ki, konsert şənbə gününə düşsün. İyunun 7-nə alınan bütün biletlər iyunun 28-i üçün keçərli olacaq”.
Xatırladaq ki, aparıcısı Zaur Nəbioğlunun olduğu gecədə türkiyəli müğənni ilə eyni səhnəni azərbaycanlı müğənni Günay İbrahimli də paylaşacaqdı.
Qeyd edək ki, konsertə biletlərin qiymətləri 70-200 manat idi.
banner

Oxşar Xəbərlər