• cümə, 26 Aprel, 11:28
  • Baku Bakı 12°C

“Qubad İbadoğlu və komandası özünü düzgün aparmadı, ancaq...“

10.02.15 07:18 875
“Qubad İbadoğlu və komandası özünü düzgün aparmadı, ancaq...“
“Mən yüz faiz partiya rəhbərliyi ilə razıyam ki, qurultaydan sonra Qubad İbadoğlu və komandası özünü düzgün aparmadı. İsa Qəmbərə, Arif Hacılıya qarşı aqressiv idilər. Ancaq bu, o demək deyildi ki, onları mütləq partiyadan xaric etmək lazımdır. Buna görə də Müsavat Partiyasının rəhbərliyinə ünvanlanan müraciətə imza atmışam”.
Bu sözləri APA- ya açıqlamasında Müsavat Partiyasının tanınmış simalarından olan hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib. O bildirib ki, əvvəldən axıra qədər Müsavat Partiyasının qurultayında iştirak edib: "İstəsələr də, istəməsələr də, 23 səs də çox olsa, Arif Hacılı qurultayda partiyanın başqanı seçilib. Qurultaydan sonra Qubad İbadoğlu və tərəfdarlarının özlərini aparması, bəyanatları, açıqlamaları xoşuma gəlmədi. Gərək gəlib danışaydılar, dil tapaydılar. Amma bu, o demək deyil ki, partiyada digər tərəf özünü müəssisə direktoru kimi aparsın, davranışları xoşuna gəlmədiyi üçün Qubad İbadoğlunu, Səxavət Əlisoyu və digərlərini partiyadan çıxarsın. Sanki kimisə işdən çıxarırlar! 20 il biz bu insanlara demişik ki, sizi hakimiyyətə aparırıq. Hakimiyyətə aparmamışıq. 20 il bu insanlar sizin arxanızca pulsuz-parasız, sizdən 1 manat almadan gediblər, Müsavat Partiyasının ilk sıralarda olmasını təmin edibər. İnsanları belə tez partiyadan qovmaq düzgün deyil, bu, partiyaya başucalığı gətirmir. Partiya rəhbərliyi, strukturları bu insanları tənbeh edə, danışıqlar apara bilərdilər ki, o tərəf də özünü yığışdırsın, amma həmin insanları partiyadan çıxarmaq düzgün deyil”.
N. Cəfəroğlu məsələ ilə bağlı Müsavat Partiyasının rəhbərliyində təmsil olunan şəxslərlə, o cümlədən sabiq başqan İsa Qəmbərlə danışıqlar aparacaqlarını söyləyib. N. Cəfəroğlu heç bir halda Müsavat Partiyasından istefa vermək niyyətinin olmadığını da vurğulayıb.
banner

Oxşar Xəbərlər