• cümə, 26 Aprel, 23:07
  • Baku Bakı 22°C

“Qızıl kəlmə” mükafatının qalibləri ilə görüş keçirilib

29.09.19 17:18 771
“Qızıl kəlmə” mükafatının qalibləri ilə görüş keçirilib
VI Beynəlxalq Bakı Kitab Sərgi-Yarmarkası çərçivəsində sentyabrın 29-da "Qızıl kəlmə” mükafatının qalibləri ilə görüş keçirilib.
AZƏRTACxəbər verir ki, görüşdə tanınmış şair, "Qızıl kəlmə” mükafatının sahibi Vaqif Bəhmənli bu mükafatının yaradıcı adamların həyatında xüsusi yeri olduğunu bildirib.
Diqqətə çatdırılıb ki, Mədəniyyət Nazirliyinin "Qızıl kəlmə” ədəbi mükafatı 2009-cu ildə təsis olunub. Müsabiqə Azərbaycan dövlətinin mədəniyyət siyasətinin tərkib hissəsidir, çağdaş milli ədəbiyyatın ən parlaq örnəklərini dəyərləndirmək, yaradıcı insanların əməyini stimullaşdırmaq , müasir qələm sahiblərini yeni və geniş oxucu dairələri tərəfindən maraqla qarşılanan əsərlərin yaradılmasına təşviq etmək məqsədilə keçirilir. Mükafat artıq 6-cı ildir təqdim edilir.
Tədbirdə çıxış edən mükafatın qalibləri "Qızıl Kəlmə”nin əhəmiyyətindən və görkəmli ədiblərimizin tanıdılması istiqamətində ölkəmizdə reallaşdırılan layihələrdın danışılıb. Bildirilib ki, son illər Azərbaycan ədəbiyyatının təbliği istiqamətində mühüm işlər görülməkdədir.
Qeyd edək ki, "Qızıl Kəlmə” ədəbi mükafatının 2018-2019-cu illər üzrə qalibləri sırasında "Nəsr nominasiyası” üzrə Şərif Ağayarın "Arzulardan sonrakı şəhər” kitabı və Mübariz Örənin "Balıq gülüşü” kitabı, "Poeziya nominasiyası” üzrə Salam Sarvanın "Heykəl tənhalığı” kitabı və Vaqif Bəhmənlini "Qansız savaş” kitabı, İbrahim İlyaslının "Şair olmaq zülümdür” kitabı, "Ədəbi tənqid və publisistika nominasiyası” üzrə Yaqub Babayevin "Azərbaycan ədəbiyyatı tarixi (XIII-XVIII əsrlər)” kitabı, Abid Tahirlinin "Mətbuat: millətin dili, gücü və güzgüsü” kitabı, "Orjinaldan bədii tərcümə nominasiyası” üzrə Vilayət Hacıyev Haynrix Böllün "Kişisiz ev” romanı, Seyfəddin Hüseynlinin Culian Barnsın "Aqibət duyğusu” romanı, "Uşaqlar üçün yazılmış bədii əsərlər nominasiyası” üzrə Reyhan Yusifqızının "Dostum Mimi” kitabı, Solmaz Amanovanın "İlmənin macəraları” kitabı, Rafiq Yusifoğlunun "Nağıl qapısı” kitabı, "Qızıl Kəlmə” ədəbi mükafatı çərçivəsində "Şans” ödülü Şahanə Müşfiq "Şahanənin nağılı” kitabı, Sadıq Qarayev "Sahibsiz kölgələr” kitabları yer alır.

banner

Oxşar Xəbərlər