• şənbə, 27 Aprel, 05:37
  • Baku Bakı 14°C

Qısamüddətli yağış yağacaq - Proqnoz

16.06.15 13:10 1239
Qısamüddətli yağış yağacaq - Proqnoz
İyunun 17-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən məlumata görə, şimal-qərb küləyi əsəcək, havanın temperaturu gecə 18-22, gündüz 27-32 dərəcə isti olacaq.
Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Temperaturun aran rayonlarında gecə 18-29, gündüz 31-36 dərəcə isti, dağlarda gecə 10-11, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər