• cümə, 26 Aprel, 16:20
  • Baku Bakı 23°C

“Qırmızı xəttə Azərbaycan deyil, Azərbaycanı ittiham edənlər yaxınlaşır”

19.12.14 17:55 986
“Qırmızı xəttə Azərbaycan deyil, Azərbaycanı ittiham edənlər yaxınlaşır”
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisi Tom Malinovskinin Azərbaycan haqda dediklərinə münasibət bildirib.
Əli Həsənov “Media forum” saytına açıqlamasında deyib ki, Tom Malinovskinin müsahibəsində əksini tapan fikirlər reallığı və həqiqəti əks etdirmir: “Azərbaycan ABŞ-la münasibətləri qorumaq və inkişaf etdirmək istiqamətində daha ölçülü-biçili, düşünülmüş addımlar atır. Qarşı tərəfin bəzi dairələri, o cümlədən ABŞ-ı təmsil edən bəzi QHT-lər, insan haqları ilə məşğul olan qurumlar və KİV-lər isə iki ölkənin münasibətlərinə kölgə salan fəaliyyətlə məşğul olurlar. Biz hər zaman iki ölkə arasındakı münasibətlərin prinsipial tərəflərini əks etdirən məsələlərdə lazımi məqamları gözləmişik və gözləməkdə davam edirik. Azərbaycan demokratiya, insan haqları, söz və mətbuat azadlığı kimi məsələlərdə öz prinsiplərinə davamlı olaraq sadiq qalıb. Buna baxmayaraq, kimlərsə Azərbaycanın etmədiyi, ölkəmizdəki reallıqlara uyğun olmayan məsələləri bizə təlqin etməyə çalışır.
Hesab edirəm ki, qırmızı xəttə Azərbaycan deyil, Azərbaycanı qırmızı xəttə yaxınlaşmaqda ittiham edən qurumların özləri daha çox yaxınlaşırlar. Azərbaycan öz öhdəliklərinə hər zaman sədaqətli olub, bu gün də sədaqətlidir. Bunun əksini iddia edənlər Azərbaycanın indiyədək ABŞ-la münasibətlərə və öz öhdəliklərinə necə sadiq qalmasına da, ABŞ-ın həmin dairələrinin və onun müttəfiqi olanların Azərbaycanla bağlı öhdəliklərinə necə yanaşmasına da baxsınlar”.
banner

Oxşar Xəbərlər