• şənbə, 27 Aprel, 01:17
  • Baku Bakı 14°C

Qırğızıstanda prezident seçkiləri oktyabrın 15-də keçiriləcək

16.06.17 10:20 1105
Qırğızıstanda prezident seçkiləri oktyabrın 15-də keçiriləcək
Qırğızıstan parlamenti-Joqorku Keneşin iclasında ölkədə prezident seçkilərinin 2017-ci il oktyabrın 15-də keçirilməsi ilə bağlı qanun təsdiq edilib. 82 deputat qanunun lehinə səs verib.
Deputatlar bildiriblər ki, seçkilərin azad, demokratik və şəffaf keçirilməsi zəruridir, bunun üçün nə lazımdırsa ediləcək.
Qırğızıstanın indiki və keçmiş baş nazirləri Sooronbay Jeenbekov və Temir Sarıyev, "Respublika Ata-Yurt” partiyasının lideri Omurbek Babanov, "Onquu Proqress” partiyasının nümayəndəsi Bakıt Torobaev və "Ata Məkan”ın lideri Omurbek Babanov seçkilərdə iştirak etmək niyyətlərini açıqlayıblar.
Qırğızıstan qanunlarına görə, dövlət başçısı bir dəfə altı il müddətinə seçilə bilər.
banner

Oxşar Xəbərlər