• cümə, 26 Aprel, 12:28
  • Baku Bakı 23°C

Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyətləri artırıldı - Fərman

01.05.18 18:20 835
Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyətləri artırıldı - Fərman
Azərbaycan prezidentiİlham Əliyev"Azərbaycan RespublikasındanAvropa İttifaqıölkələrinə yeyinti məhsullarının ixracının tənzimlənməsi haqqında” 2005-ci il 1 aprel tarixli fərmanında dəyişikliklər edilməsi barədəfərman imzalayıb.

APA-nın məlumatına görə, fərmanın 1-ci hissəsi aşağıdakı redaksiyada verilib:

"Müəyyən edilsin ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi AgentliyiAvropa İttifaqıölkələrinə ixrac edilən qida məhsullarının təhlükəsizlik meyarları üzrə ekspertizasının keçirilməsi, həmin ekspertizanın nəticələrinə uyğun olaraq onlara təsdiqedici kod nömrələrinin və ixracatçılara ekspertizanın nəticələrini təsdiq edən sənədlərin verilməsi, qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı və dövlət reyestrinin aparılması fəaliyyətini həyata keçirən, habeləAvropa İttifaqının bu sahədə müvafiq tələblərinin icrasını təmin edən vahid səlahiyyətli orqandır”.
3-cü hissədə "İqtisadiyyat Nazirliyinin” sözləri "Qida Təhlükəsizliyi Agentliyinin” sözləri ilə əvəz edilib.

Fərman 2018-ci il iyulun 1-dən qüvvəyə minir.
banner

Oxşar Xəbərlər