• cümə, 26 Aprel, 21:17
  • Baku Bakı 22°C

Qida Təhlükəsizliyi Agentliyinə sədr müavini təyin olunub

15.02.18 16:40 787
Qida Təhlükəsizliyi Agentliyinə sədr müavini təyin olunub
Rüfət Bünyat oğlu Rüstəmzadəni Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini vəzifəsinə təyin edilib.

"APA-Economics"in məlumatına görə, Azərbaycan prezidentiİlham Əliyevbununla bağlı 14 fevralda sərəncam imzalayıb.

Qeyd edək ki, R.Rüstəmzadə 1975-ci ildə Bakı şəhərində anadan olub. Ali təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində alıb. Əmək fəaliyyətinə 1996-cı ildə başlayıb. O, 1996-2002-ci illərdə illərdə Azərbaycan RespublikasıNazirlər Kabinetiyanında Dünya Bankının İnstitusional Quruculuğa Birinci Texniki Yardım Layihəsinin işçi qrupunda müxtəlif vəzifələrdə çalışıb. 2002-2007-ci illərdə Azərbaycan RespublikasıNazirlər Kabinetiyanında Dünya Bankının İnstitusional Quruculuğa İkinci Texniki Yardım Layihəsinin işçi qrupunun direktoru olub.

2007-2010-cu illərdə "Caspian Biznes Consaltinq” MMC-nin idarəedici tərəfdaşı, 2010-2013-cü illərdə isə Liviya – Azərbaycan QSC-nin İdarə Heyətinin sədri kimi əmək fəaliyyətini davam etdirib. 2014-cü ildə Azərbaycan RespublikasıKənd Təsərrüfatı Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini və Azərbaycan RespublikasıKənd Təsərrüfatı Nazirliyinin Strateji planlaşdırma və beynəlxalq layihələr şöbəsinin müdiri vəzifələrində çalışıb. Rüfət Rüstəmzadə daha sonra Azərbaycan RespublikasınınKənd Təsərrüfatı Nazirliyiyanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi vəzifəsində işləyib.
banner

Oxşar Xəbərlər