AZE | RUS | ENG |

Qeyri-sabit hava şəraiti mülayimləşəcək - Proqnoz

Qeyri-sabit hava şəraiti mülayimləşəcək - Proqnoz
Azərbaycan ərazisində hava şəraiti, əvvəlcədən xəbər verildiyi kimi, oktyabrın 19-da kəskin dəyişib, güclü şimal-qərb küləyi əsib, bəzi yerlərdə küləyin sürəti güclənib, yağış yağıb, bəzi ərazilərdə yağış intensivləşib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya deyib ki, ən çox yağıntı Lənkəran-Astara zonasında qeydə alınıb. Onun sözlərinə görə, Qubanın Susay məntəqəsi, Qusarın Ləzə stansiyasında və Kərvəzdə sulu qar və qarın yağması müşahidə edilib. Bununla yanaşı, respublikanın əksə ərazilərində yağıntılı hava şəraiti qeydə alınıb. Bakıda və Abşeron yarımadasında şimal qərb küləyinin güclənməsi müşahidə olunub. Respublikanın bəzi ərazilərində, Mərkəzi Aran rayonlarında, Bakıda və Abşeron yarımadasında küləyin sürəti 30 m/san-dən yüksək olub. Digər ərazilərdə isə küləyin sürəti 15-25 m/san arası dəyişib. Həmin müddət ərzində havanın temperaturu kəskin aşağı düşüb. A.Verdiyev qeyd edib ki, belə hava şəraiti bu gün ərzində də davam edəcək. Bu gün axşama doğru Bakı və Abşeron yarımadasında axşama doğru şimal küləyinin mülayimləşməsi gözlənilir. Axşamdan paytaxtda yağıntılar tədricən azalacaq. Qeyri-sabit, yağışlı hava şəraiti bölgələrdə əsasən davam edəcək. Oktyabrın 21-də bəzi rayonlarda yağıntılı hava müşahidə olunacaq. Oktyabrın 22-23-də isə Azərbaycanda əsasən yağmursuz və mülayim hava şəraiti müşahidə olunacaq.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9068
GEL 1 1 Gürcüstan larisi 0.6301
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1994
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1815
CHF 1 1 İsveçrə frankı 1.6663
KWD 1 1 Küveyt dinarı 5.5873
TRY 1 1 Türkiyə lirəsi 0.2906