• şənbə, 27 Aprel, 08:42
  • Baku Bakı 12°C

Qəbələdə türkdilli dövlətlərin XİN rəhbərləri görüşür

15.08.13 09:48 1651
Qəbələdə türkdilli dövlətlərin XİN rəhbərləri görüşür
APA-nın məlumatına görə, görüşdə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın xarici işlər nazirləri iştirak edir.
Toplantıda türkdilli ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsi üçün təşkilatın gələcək fəaliyyətinə dair perspektivlər müzakirə olunur. Toplantıda xarici işlər nazirlikləri arasında əməkdaşlıq protokolunun imzalanması nəzərdə tutulur. Qəbul olunacaq qərarlar təsdiq üçün avqustun 16-da dövlət başçılarının görüşünə təqdim olunacaq.
Xatırladaq ki, avqustun 14-də xarici işlər nazirliklərinin yüksək vəzifəli məmurlarının iclası keçirilib.
banner

Oxşar Xəbərlər