• cümə, 26 Aprel, 22:14
  • Baku Bakı 22°C

Qəbələ MDB-nin mədəniyyət paytaxtı oldu

26.06.13 10:19 1509
Qəbələ MDB-nin mədəniyyət paytaxtı oldu
APA-nın məlumatına görə, bu barədə MDB ölkələri Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondun müşaviri Aleksandr Luçaninov bildirib.
Onun sözlərinə görə, iyunun 29-da Qəbələdə “MDB-nin mədəniyyət paytaxtları - 2013” dövlətlərarası proqramının təntənəli açılış mərasimi keçiriləcək.
Mərasimə fondun İdarə Heyətinin sədri Polad Bülbüloğlu və MDB ölkələrinin nümayəndələrindən ibarət böyük heyət qatılacaq. 28-30 iyun tarixlərində tədbir çərçivəsində dəyirmi masalar və panellərin təşkil olunması nəzərdə tutulub.
Açılış mərasimi ilə əlaqədar Qəbələdə MDB ölkələrindən olan yaradıcı kollektivlərin iştirakı ilə konsertlər təşkil olunacaq.
banner

Oxşar Xəbərlər