AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

"QDİƏT məkanındakı münaqişələr regionun inkişafına təsir göstərir"

Cəmiyyət
14 Dekabr 2018, 14:52 335
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) məkanındakı münaqişələr regionun inkişafına təsir göstərir.

Trend-in məlumatına görə, bunu QDİƏT Xarici işlər nazirləri Şurasının 39-cu iclası ilə bağlı mətbuat konfransında Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib.

İclasda iştirak edən Ermənistan nümayəndəsi ilə Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunub-olunmaması barədə suala cavab verən nazir müavini bildirib ki, QDİƏT iqtisadi təşkilat olduğu üçün, bu çərçivədə siyasi məsələlər həll olunmur.

Avropa Parlamentinin qəbul etdiyi xarici siyasət və təhlükəsizlik sahəsində ümumi siyasət barədə qətnamə barədə danışan M.Məmməd-Quliyev qeyd edib ki, bu qətnamə ilə Aİ Dağlıq Qarabağ və yeddi ətraf rayonun Azərbaycana məxsus olduğunu təsdiq edib:

"Sənəddə göstərilir ki, bundan sonra Aİ "Şərq tərəfdaşlığı” regionunda münaqişələrə vahid yanaşma tətbiq edəcək”.