AZE | RUS | ENG |


Qazaxıstanın hərbi təlimləri Moskvada narahatlıq yaradıb

Qazaxıstanın hərbi təlimləri Moskvada narahatlıq yaradıb
Astana ilk dəfə Rusiya sərhədləri yaxınlığında irimiqyaslı manevrlər keçirir

Rusiya ilə Belarusun birgə strateji təlimləri ərəfəsində Qazaxıstan özünün hərbi heyətini yüksək döyüş qabiliyyəti səviyyəsinə yüksəldib. Kreml və Minsk manevrlərini NATO, İsveç, Finlandiya və Ukraynanın birgə həyata keçirdikləri təlimlərə cavab kimi keçirir. "Qərb-2017” adını alan birgə təlimlərin cavab addımı olaraq həyata keçirildiyi xüsusi vurğulanır. Belə bir vaxtda isə qazaxlar irimiqyaslı təlimlərə başlamaq niyyətlərini ortaya qoyublar. Qazaxıstan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, şərqi, cənub-şərqi, cənub və qərb regionlarında "Karatau 2017” operativ-strateji təlimlər start götürüb. Bu dəfəki manevrlər faktiki olaraq ölkənin bütün ərazisini, o cümlədən Rusiya ilə sərhəd əraziləri əhatə edib və ilk dəfə olaraq irimiqyaslı xarakter daşıyacaq. Qazaxıstan hərbi idarəsinin məlumatına görə, təlimlərə təqribən 10 minə yaxın hərbçi, o cümlədən 1,5 min hərbi döyüş texnikası, 40 min təyyarə və vertolyot, eləcə də, Xəzər dənizindəki Hərbi Dəniz Qüvvələrinin gəmiləri cəlb edilib. 

Qazaxıstan bəlli olduğu kimi, Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatının üzvüdür və Rusiyanın yaxın müttəfiqidir. Rusiya tərəfi, daha dəqiq desək nəşrləri dərhal buna reaksiya veriblər. Onları narahat edən birincisi məsələ Rusiyadan, eləcə də, digər dövlət və hərbi bloklardan - Şanxay Əməkdaşlıq Təşkilatı, KTMT, NATO və s. təşkilatlardan bu təlimlərə hər hansı bir nümayəndə dəvət olunub-olunmayacağıdır. İkincisi, "Karatau-2017” təlimləri bəlli olmayan səbəblərdən Rusiya və Belarusun birgə keçirdikləri "Qərb 2017” təlimlərinə bir gün qalmış start götürür. Özü də Qazaxıstan tərəfi həyata keçirdiyi təlimlər barəsində hər hansı bir məlumat təqdim etməyib. Moskva və Minsk isə bu təlimlərlə bağlı dünya ictimaiyyətini əvvəlcədən məlumatlandırıblar. Bundan əlavə, bir sıra ölkələrdən, o cümlədən Qazaxıstandan müşahidəçiləri dəvət ediblər. Əvvəlki illərdə Qazaxıstan, KTMT-nin digər üzvləri kimi, kollektiv hərbi təlimlər keçirəndə məqsəd bir olurdu. İndi isə belə bir hal baş vermir. "Mən hesab etmirəm ki, Qazaxıstan isteriyaya qapılıb, Ukrayna və NATO ölkələrinin keçirdikləri təlimlərə cavab kimi belə bir təlim düzənləyib. Lakin onun Rusiya sərhədləri yaxınlığında Volqaboyu və Xəzər sahillərində təlimlər keçirməsi narahatçılıq doğurur. Rusiya öz qoşunlarını strateji cəhətdən önəmli hesab etdiyi Qərb istiqamətində cəmləşdirdiyi bir vaxt onun arxasında Qazaxıstan zərbə qruplaşması yaradır. Nəyə görə?”, - deyə Rusiya Hərbi Elmlər Akademiyasının həqiqi üzvü Eduard Rodyukov bildirib. Ekspert diqqəti Qazaxıstan Müdafiə Nazirliyinin təlimlərin mürəkkəb operativ-taktiki vəziyyətlə bağlı olması barədə bəyanatına yönəldir. "Axı Qazaxıstan hər tərəfdən dost ölkələrlə əhatə olunubsa, onun hansı düşməni ola bilər?”, - deyə Rodyukov bildirib. Rusiyalı ekspertlər iddia edirlər ki, çoxvektorlu siyasət yürüdən Astana Birləşmiş Ştatlar və digər NATO ölkələrinin təsiri altına düşüb. "Həmin dövlətlər Rusiya və Belarusun keçirdikləri "Qərb 2017” təlimlərini Qərblə müharibəyə hazırlıq  və Ukraynanın mümkün işğalı kimi başa düşürlər”, - deyə Rodyukov bildirib. Rusiyalı akademik hesab edir ki, bu, başdan-ayağa cəfəngiyyatdır. "Lakin Qazaxıstanın öz ordusunu yüksək döyüş qabiliyyətinə gətirməsi narahatçılıq doğurur”, - deyə o bildirib. 

Başqa bir hərbi ekspert, general-leytenant Yuri Netkaçaev isə hesab edir ki, Qazaxıstanın Rusiya ilə hərbi əməkdaşlıqdan ayrılmaq tendensiyası çoxdan bəridir ki, mövcuddur. Fakt kimi də Astananın Moskva və Ankaranın Suriyada birgə sülhməramlı hərbi kontingent yaratmaq missiyasında iştirak etmək istəməməsini göstərib: "Bunun əvəzində isə qazaxlar NATO-nun mavi dəbilqəliləri tərkibində iştirak etmək istəklərini ortaya qoyublar”. General xatırladıb ki, bu ilin yazında Qazaxıstanın Alma-Ata vilayətinin "İliys” poliqonunda ABŞ və NATO-nun digər üzvlərinin iştirakı ilə "Çöl qartalı -2017” sülhyaratma təlimləri keçirilib. Həmin təlimlərə Rusiya hətta dəvət belə edilməmişdi. Bir qədər əvvəl isə prezident Nursultan Nazarbayevin qızı Dariqa NATO-nun Mərkəzi Asiya və Qafqaz üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay ilə görüşündə bildirib ki, onun ölkəsi NATO-nun qabaqcıl təcrübəsini yaxından izləyir və bundan özünün müdafiəsi və təhlükəsizliyində istifadə etmək istərdi. Eləcə də, ABŞ və Qazaxıstan 2018-2022-ci illəri nəzərdə tutan hərbi əməkdaşlıq barəsində plan üzərində də iş aparırlar. Qeyd edilir ki, bununla bağlı sənəd artıq Vaşinqtonda imzalanıb.
 
Azər


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0043
GEL 1 Gürcü larisi 0.6262
GBP 1 İngilis funt sterlinqi 2.2537
TRY 1 Türk lirəsi 0.4286
KWD 1 Küveyt dinarı 5.6274
SEK 1 İsveç kronu 0.2017
EUR 1 Avro 1.9963
CHF 1 İsveçrə frankı 1.7162
USD 1 ABŞ dolları 1.7002