• cümə, 26 Aprel, 19:21
  • Baku Bakı 22°C

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin rəsmi qarşılanma mərasimi olub

03.04.17 12:20 943
Qazaxıstan prezidenti Nursultan Nazarbayevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycanda rəsmi səfərdə olan Qazaxıstan prezidenti Nursultan Nazarbayevin rəsmi qarşılanma mərasimi olub.
APA-nın məlumatına görə,hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Qazaxıstan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Fəxri qarovul dəstəsinin rəisi prezidentİlham Əliyevə raport verib.
Azərbaycan prezidentiİlham ƏliyevQazaxıstan prezidenti Nursultan Nazarbayevi qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Qazaxıstan prezidentinə raport verib.Qazaxıstan və Azərbaycan dövlət himnləri səslənib.
Prezidentİlham Əliyevvə prezidentNursultan Nazarbayevfəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Qazaxıstan prezidenti Azərbaycan əsgərlərini salamlayıb.
Azərbaycanın dövlət və hökumət nümayəndələri prezidentNursultan Nazarbayevə, Qazaxıstan nümayəndə heyətinin üzvləri prezidentİlham Əliyevə təqdim olunub.Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.
Azərbaycan və Qazaxıstan prezidentləri rəsmi foto çəkdiriblər.
banner

Oxşar Xəbərlər