• cümə, 26 Aprel, 07:57
  • Baku Bakı 12°C

Qazaxda yol tikintisinə 3,3 milyon manat ayrılıb

08.06.18 18:10 534
Qazaxda yol tikintisinə 3,3 milyon manat ayrılıb
Prezident ƏliyevQazax rayonunun Qazax–Uzuntala (9 km)–Cəfərli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, sərəncama əsasən, Qazax–Uzuntala (9 km)–Cəfərli avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,3 milyon (üç milyon üç yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyisərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.
banner

Oxşar Xəbərlər