Qastrolların bütün tarixi ərzində ən yüksək gəlirli tur

Qastrolların bütün tarixi ərzində ən yüksək gəlirli tur

Mədəniyyət
03 Avqust 2019, 16:00 9853
Britaniya müğənnisi Ed Şiranın "Divide” qastrol turu qastrolların bütün tarixi ərzində ən yüksək gəlirli tur sayılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə "The Guardian” yazıb.
Nəşrin məlumatında deyilir ki, qastrollar hələ başa çatmayıb, amma musiqiçi artıq 736 milyon dollar qazanc əldə edib. Şiranın qarşıda hələ 12 konserti var.
Başa çatandan sonra bu qastrol, həmçinin ən çox tamaşaçı toplayan qastrol səfəri olacaq. Dünyanın 42 ölkəsində müğənninin konsertlərinə artıq 8,5 milyondan çox bilet satılıb.
Şiran "U2” qrupunun rekordunu da yeniləyib. Qrup həmin rekordu 2011-ci ildə "360 °” qastrol turu zamanı müəyyən edib. "U2” qrupunun musiqiçiləri qastrolların gəlirliliyinə görə səkkiz il ərzində rekordçu olublar.