AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Qarabağ

Qarabağ"ın 5 futbolçusunda koronavirus aşkarlandı

Cəmiyyət
05 Dekabr 2020, 13:29 199
"Qarabağ" Avropa Liqasının qrup mərhələsində İsrailin "Makkabi" (Tel-Əviv) komandası ilə matçdan geri döndükdən sonra Peşəkar Futbol Liqasının tələblərinə əsasən Premyer Liqanın XII turunun "Qəbələ" ilə matçının hazırlıqları çərçivəsində növbəti dəfə koronavirus testindən keçib.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, daha 5 oyunçunun nəticəsi müsbət çıxıb.
Qara Qarayev, Emil Balayev, İsmayıl İbrahimli, Toral Bayramov və Kevin Medinada koronavirus aşkarlanıb.
Daha öncə isə testin nəticəsi pozitiv olan daha iki futbolçumuz: Mahir Emreli və Abbas Hüseynov da müalicələrini davam etdirir.
Milli komandanın heyətində Lüksemburqda koronavirusa yoluxmuş Maksim Medvedev müalicəsini tamamlayaraq Bakıya qayıdıb.