• cümə, 26 Aprel, 09:29
  • Baku Bakı 12°C

Kerri ilə Lavrov Qarabağı yenidən müzakirə etdilər

03.05.16 10:18 957
Kerri ilə Lavrov Qarabağı yenidən müzakirə etdilər
Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığı olub.
Bu barədə Rusiya XİN-nin məlumatında bildirilir.
"Telefon danışığı zamanı tərəflər Suriyada atəşkəs rejiminə əməl edilməsi ilə bağlı fikir mübadiləsi aparılıblar”, məlumatda deyilir.
ABŞ və Rusiyanın xarici siyasət idarələrinin rəhbərləri həmçinin Ukrayna və Daqlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər.
Telefon danışığı zamanı qeyd olunub ki, Dağlıq Qarabağ münaqişəsi tərəfləri arasında təmkinliliyin bərpası üçün səyləri davam etdirmək lazımdır.
Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi gündəlik brifinqdə bəyan edib.
Mayın 2-də Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığı olub. Söhbət zamanı ABŞ və Rusiyanın xarici siyasət idarələrinin rəhbərləri həmçinin Daqlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər.
(APA)
banner

Oxşar Xəbərlər