• şənbə, 27 Aprel, 07:02
  • Baku Bakı 12°C

“Qarabağ geyimləri” kitab-kataloqunun təqdimatı keçirilib

21.10.16 12:08 1279
“Qarabağ geyimləri” kitab-kataloqunun təqdimatı keçirilib
Oktyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) qrantı əsasında nəşr olunmuş "Qarabağ geyimləri” kitab-kataloqunun təqdimatı keçirilib.
AZƏRTACxəbər verir ki, respublikamızın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr edilən tədbirə "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi təşkilati dəstək göstərib.
Tədbirdə EİF-in icraçı direktoru Elçin Babayev rəhbərlik etdiyi qurumun keçirdiyi qrant müsabiqələrinin əhəmiyyətindən danışıb.
Kitab-kataloq haqqında məlumat verən icraçı direktor bildirib ki, təqdim olunan nəşrdə ilk dəfə çöl-etnoqrafik materialları, arxiv sənədləri, muzey kolleksiyaları, ailə saxlanclarında qorunan fotoşəkillər əsasında XIX-XX əsrin əvvəllərində Azərbaycanın Qarabağ tarixi-etnoqrafik bölgəsi əhalisinin geyim mədəniyyəti, onun təsnifatı, məhəlli-lokal xüsusiyyətləri, əyani-vizual görüntüləri və tarixi-etnoqrafik tədqiqi, həmçinin dövrün sosial-siyasi və iqtisadi-mədəni hadisələrinin geyim mədəniyyətinə təsiri məsələləri əksini tapıb.
Nəşrin müəllifləri Fəzail Vəliyev və Gülzadə Abdulovadır.
Digər çıxış edənlər də Qarabağın tarixinə, mədəniyyətinə həsr olunan əsərlərin, kitab-kataloqların sayının daha çox olmasının vacibliyini vurğulayıb, müəlliflərə uğurlar arzulayıblar.
banner

Oxşar Xəbərlər