«Qarabağ - əsirlər və girovlar. Közərən xaç» sənədli filminin təqdimatı keçiriləcək
Sabah - martın 31-i saat 12.00-da Beynəlxalq Mətbuat
Mərkəzində «Qarabağ - əsirlər və girovlar. Közərən xaç» sənədli filminin
təqdimatı keçiriləcək. Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə düzənlənəcək
tədbirdə kütləvi informasiya vasitələrinin təmsilçiləri, ictimaiyyət
nümayəndələri, dövlət rəsmiləri iştirak edəcəklər.
Qeyd edək ki, təqdimatı keçiriləcək sənədli filmin
məsləhətçisi Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər
üzrə köməkçisi Əli Həsənov, müəllifi əməkdar jurnalist Mübariz Əsgərovdur.
Adından göründüyü kimi, ekran işi Ermənistanın işğalı
nəticəsində əsir götürülmüş həmvətənlərimizə həsr olunub. Filmdə konkret
sənədlərdən, faktlardan, arxiv materiallarından istifadə edilib, şahid
ifadələrinə yer verilib.