AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Qanunların icrasına nəzarət edəcək qurumun yaradılması təklif edilib

Qanunların icrasına nəzarət edəcək qurumun yaradılması təklif edilib

Cəmiyyət
02 İyun 2020, 12:53 175
"Azərbaycan müstəqillik əldə edəndən sonra yüzlərlə qanun qəbul etmişik. Lakin bəzi qanunlar hələ də işləmir”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı deputat Eldar Quliyev deyib.
O təklif edib ki, qanunların icrasına nəzarət etmək üçün qurum yaradılsın: "Ölkə başçısı da Milli Məclisin ilk iclasında çıxışı zamanı keyfiyyətin əsas olması fikrini səsləndirdi. Bu qurum qanunların icrasına nəzarəti həyata keçirsin. Bununla da qəbul edilən qanunlar işlək hala gələ bilər”.